Bakıda istintaq təcridxanasında intihar hadisəsi baş verib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Salyan rayon sakini, 1995-ci il təvəllüdlü Həsənov Natiq Fuad oğlu
Kürdəxanıdakı təcridxanada həyatına qəsd edib. O, hadisə yerində ölüb.
Qeyd edək ki, N.Həsənov 5 ay əvvəl Salyan rayonunun Xocalı kəndində tanışı Əhmədov Rəhim Əli-Hüseyn oğlunu bıçaqlayıb. Onun barəsində cinayət işi başlanılıb və saxlanılaraq təcridxanaya salınıb.
Yaxın günlərdə Natiqin məhkəməsi olacaqdı.
Turqut Seyidov
Mənbə: publika.az