Polşada casus panikası: Nazirlərin görüşündə dinləmə cihazı tapıldı

Polşada casus panikası: Nazirlərin görüşündə dinləmə cihazı tapıldı

Polşada casus panikası artır.

Xarici mediaya istinadən xəbər verilir ki, Polşa xüsusi təyinatlılarının bu gün keçiriləcək Nazirlər Şurasının iclası öncəsi zalda dinləmə cihazları aşkar etdiyi bildirilib.

Xüsusi təyinatlılar sözçüsü sosial mediada verdiyi açıqlamada "Nazirlər Şurasının iclasına sızmaq üçün yerləşdirilən dinləmə cihazları aşkar edilərək zərərsizləşdirilib" - deyilib.

Rusiyaya qarşı döyüşən Ukraynaya dəstək verən ölkələrdən biri olan Polşa son vaxtlar artan casusluq fəaliyyətləri səbəbindən ehtiyat tədbirlərini artırır.

Dünən dövlət məxfi məlumatlarına çıxışı olan polşalı hakimin Rusiyanın müttəfiqi Belarusdan sığınacaq istəməsi də müzakirələrə səbəb olub.

Bu vəziyyət Polşa daxilində casusluq fəaliyyətinin ciddi səviyyədə olduğunun göstəricisi olaraq xarakterizə edilir.

Mikayıl

Mənbə: azxeber.com