Zaqataladakı dönərxananın sahibi danışdı - Video

Zaqataladakı dönərxananın sahibi danışdı - Video

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə etdiyi bildirilib.

“Qafqazinfo” xəbər verir ki, Baku TV Zaqatala rayonunda fəaliyyət göstərən həmin dönərxananın sahibi Rəsul Fətəliyev ilə həmsöhbət olub.

O bildirib ki, bu gün 200 ədəd dönər satılıb:

“Mən daxil bütün işçi kollektivi dönərdən yedik, səhhətimizdə heç bir problem yoxdur”.

Qeyd edək ki, hazırda zərərçəkənlərə tibbi yardımın göstərilməsi davam edir.

Daha ətraflı süjetdə:

Mənbə: qafqazinfo.az