Güney Azərbaycanın Astara şəhərində yaşayan ictimai fəal və şair Cəmşid Əzizi Nənəkəran həbs edilərək Rəşt şəhərinin Lakan həbsxanasına köçürülüb.
Bu barədə insan haqları fəalları məlumat yayıb.
Şairin mayın 7-də həbs edildiyi bildirilib.
Təhlükəsizlik məmurları Cəmşid Əzizi Nənəkəranı 16 aprel 2022-ci ildə həbs edib, 40 gün dindirdikdən sonra 1 milyard tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxmışdılar.
O, sonradan “hökumətə qarşı təbliğat” və “ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq üçün əlbir olmaq” ittihamlarına görə 4 il yarım həbs cəzasına məhkum edilib.
Mənbə: axar.az