Belqorod atəşə tutuldu, 8 yaralı var

Belqorod atəşə tutuldu, 8 yaralı var

Rusiyanın Belqorod şəhərinin atəşə tutulması nəticəsində səkkiz nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.

O bildirib ki, dörd nəfər qəlpə yaraları alıb. Onlardan biri isə 11 yaşlı qızdır:

"Hava hücumundan sonra bir fərdi evə və 19 çoxmərtəbəli binada 34 mənzilə ziyan dəyib. Həmçinin, 37 nəqliyyat vasitəsi zərər görüb".

Mənbə: qafqazinfo.az