Pilotlar Fransa səmasını Rusiya bayrağının rənglərinə BOYADILAR - VİDEO

Pilotlar Fransa səmasını Rusiya bayrağının rənglərinə BOYADILAR -

Fransız pilotlar parad zamanı təsadüfən Marsel səmasını Rusiya bayrağının rənglərinə boyayıblar.

Bu barədə "Tsarqrad" məlumat yayıb.

Bildirilib ki, bu, mayın 8-də musiqinin müşayiəti ilə tüstü generatorları ilə hava şouları nümayiş etdirən “Patrouille de France” akrobatika komandasının çıxışı zamanı baş verib.

Qeyd edilib ki, pilotlar Fransa bayrağını təsvir etməli idilər. Lakin onların səhvi ucbatından rus bayrağının rənglərini əks etdirən 3 rəng səmada peyda olub.

Hüseyn İbadlı

Mənbə: publika.az