Naxçıvan FHN: Spirtli içki içən şəxs evini yandırıb - FOTO

Naxçıvan FHN: Spirtli içki içən şəxs evini yandırıb -

Naxçıvanın Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Babək rayon, Didivar kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

İlkin məlumata görə, ev sahibi, Didivar kənd sakini - 1960-cı il təvvəllüd Allahverdiyev Nurəddin Tarverdi oğlu spirtli içki qəbul etdikdən sonra evini yandırıb.

Mənbə: apa.az