Bakıda avtomobil 20 yaşlı gənci vurub

Bakıda avtomobil 20 yaşlı gənci vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yolu keçən 2004-cü il təvəllüdlü Həmzəyeva Aydan Ağaverdi qızını avtomobil vurub.

Hadisə zamanı xəsarət alan A.Həmzəyeva təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: report.az