Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.
Hindarx qəsəbəsində 1991-ci il təvəllüdlü Emil Sahib oğlu Mirzayeva məxsus VAZ-21011 markalı avtomobillə 1940-cı il təvəllüdlü Türbəndə Talış oğlu Quliyevə məxsus VAZ-2106 markalı avtomobil toqquşub.
Nəticədə, Türbəndə Quliyev aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə: axar.az