Qvatemalada 6,5 maqnitudalı zəlzələ olub

Qvatemalada 6,5 maqnitudalı zəlzələ olub

Qvatemalada 6,5 maqnitudalı zəlzələ olub.

Bu barədə Qvatemala Milli Seysmologi İnstitutu məlumat yayıb.

Yerli vaxtla saat 5.39 radələrində baş verən zəlzələnin ocağı 12,8 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində San-Markos şəhərində xəstəxana binası və dağlıq ərazidəki yolların birində çatlar yaranıb.

Mənbə: apa.az