Hərbçimiz vəfat etdi

Hərbçimiz vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Sənan Kərəm oğlunun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Mənbə: qafqazinfo.az