Ukrayna Rusiyada neft emalı zavodunu sıradan çıxardı

Ukrayna Rusiyada neft emalı zavodunu sıradan çıxardı

Ötən gecə Ukraynanın dronlarla endirdiyi zərbələr Rusiyanın Krasnodar diyarında Slavyansk neft emalı zavodunun fəaliyyətini dayandırması ilə nəticələnib.

PUA-lar polad toplar şəklində dağıdıcı elementlərlə təchiz olunubmuş. Onların həmçinin daha böyük partlayıcılarla təchiz olunduğu aşkarlanıb.

Rəsmi qurumların məlumatına görə, hazırda fövqəladə hadisə yerində əməliyyat-istintaq tədbirləri aparılır. Mütəxəssislər NEZ-in bütün ərazisinə tam baxış keçirəcəklər. Konkret ziyan hələ müəyyən edilməyib.

Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin bir gecədə Krasnodar diyarı üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 57 PUA-nı vurduğunu bildirib. Slavyanski rayonunun rəhbəri Roman Sinyaqovski bildirib ki, neft emalı zavodunun ərazisinə 6 pilotsuz təyyarə düşüb.

Mənbə: musavat.com