Gəncədə avtomobilin vurduğu piyada dünyasını dəyişib

Gəncədə avtomobilin vurduğu piyada dünyasını dəyişib

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami küçəsində baş verib.

Yolu keçmək istəyən orta yaşlı qadını naməlum avtomobil vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb. Sürücü isə avtomobili ilə hadisə yerindən qaçıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Sürücünün şəxsiyyətinin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Mənbə: apa.az