Abşeronda güclü külək dam örtüyünü ahıl kişinin üstünə aşırıb

Abşeronda güclü külək dam örtüyünü ahıl kişinin üstünə aşırıb

Güclü külək Abseron sakininin xəsarət almasına səbəb olub.

"Report" xəbər verir ki, hadisə Masazır qəsəbəsində baş verib.

Qəsəbədə küləyin təsirindən dam örtüyü 1945-ci il təvəllüdlü Mustafayev Ağamirzə Mirzə oğlunun üstünə düşüb. Nəticədə o, xəsarət alıb. Yarali təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona bədənin müxtəlif dərəcəli əziyi diaqnozu qoyulub.

Ramin Şahbazov

Mənbə: report.az