Moskvanın Lyublino rayonunda yerləşən azərbaycanlılara məxsus restoranda yanğın baş verib.
APA-nın Moskva müxbiri xəbər verir ki, "Aşkım" restoranının banket zalı yanıb.
Bildirilib ki, yanğın nəticəsində restotanın damı uçub.
Yanğın 350 kvadratmetr ərazini əhatə edib.
Xəsarət alanların olmadığı bildirilib.
Mənbə: apa.az