Qaxda maşın təmiri sexlərində yanğın başlayıb

Qaxda maşın təmiri sexlərində yanğın başlayıb

Qax rayonunda maşın təmiri sexlərində yanğın baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, saat 23 radələrində Qax şəhəri Natəvan küçəsində fəaliyyət göstərən maşın təmiri sexlərində yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Hazırda yanğının məhdudlaşdırılması istiqamətində iş gedir.

Mənbə: apa.az