Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında yerləşən "Astoria" hotelində qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən şəxsə cəza verilib.
2002-ci il tarixdə Quba rayonu, II Nügədi kəndində anadan olmuş Aytac Cəfərova (soyad şərti) Rəsul adlı tanışından 300 manat alaraq, Pərvanə və Jana adlı tanışlarını sözügedən otelə göndərib.
DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 16 dekabr 2023-cü il tarixdə saat 06:50 radələrində qeyd olunan hotelin 120 nömrəli kotecində əməliyyat-axtarış tədbiri keçirilib. Sonuncunun Aytaca verdiyi 300 manat məbləğində pul əməliyyat tədbiri zamanı götürülüb.
Aytac da zərərçəkmiş qadınların ifadəsi əsasında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə cinayət işi açılıb, 4 ay 21 gün həbsdə saxlanılıb.
Məhkəmədə əməlindən peşman olan Aytac hakimdən barəsində yüngül cəza təyin edilməsini xahiş edib. O, Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 3000 manat cərimə edilib.
Mənbə: www.bakupost.az