Rusiyada təyyarə qəzaya düşdü – FOTO

Rusiyada təyyarə qəzaya düşdü –

Rusiyada şəxsi L-145 amfibiya təyyarəsi Kaluqa hava limanında qəza enişi edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Təyyarə sürüşərək uçuş-enmə zolağından çıxıb.

Bundan sonra hava limanını iki saat bağlı qalıb.

Belarus vətəndaşlarının olduğu təyyarənin göyərtəsində dörd nəfər - pilot, naviqator və iki sərnişin olub. Hazırda onların vəziyyəti barədə məlumat verilmir.






Mənbə: bizim.media