Həmin görüntülərlə bağlı saxlanılanlar var

Həmin görüntülərlə bağlı saxlanılanlar var

Sosial şəbəkələrdə bir qrup şəxsin uşaqların gözü qarşısında itləri boğuşduraraq onlara işgəncə verdiklərini əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, araşdırma zamanı videonun Naxçıvan Muxtar Respublikası ərazisində çəkildiyi məlum olub.

Həssas görüntü ortaya çıxdığı üçün təqdim edə bilmədiyimiz kadrlar yayıldıqdan dərhal sonra polis işə keçib.

Əldə etdiyimiz məlumata görə, Naxçıvan MR polisi tərəfindən heyvana işgəncə verilməsinə şərait yaradan şəxslərin hamısı saxlanılıb.

Onlar barəsində qanunauyğun tədbir görülüb.

Mənbə: qafqazinfo.az