Bakıda çoxmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi

Bakıda çoxmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi

Bakının Nərimanov rayonunda yanğın baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsi 12 ünvanında qeydı alınıb.

Belə ki, doqquzmərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilin mətbəxi və dəhlizi yanmağa başlayıb.

Alov yuxarıda yerləşən mənzilin eyvan qapısına da keçib.

Əraziyə cəlb olunan FHN-in əməkdaşları alovun qarşısını alıb. Evdə olan yanar konstruksiyalar küçəyə atılıb. Bina sakini bildirib ki, yuxarı mənzildə yaşayan şəxs siqareti eyvana atıb. Bir müddət sonra yanğın başlayıb. Yanan mənzildə yaşayan ailə kirayə yaşayırmış. Hadisə zamanı 10 nəfər təxliyə edilib.

Mənbə: musavat.com