Moskvada hosteldə 8 miqrant yandı

Moskvada hosteldə 8 miqrant yandı

Srağagün gecə Moskva vilayətində miqrantların yaşadığı hostel yanıb. Musavat.com Podrobno.uz saytına istinadla xəbər verir ki, müstəntiqlər qəza baş verən hosteldə kirayədə qalan 24 yaşlı Özbəkistan vətəndaşını saxlayıblar.

Mayın 23-nə keçən gecə “Snegir” bağçılıq qeyri-kommersiya ortaqlığının evində yanğın baş verib, nəticədə 8 nəfər ölüb, daha biri xəstəxanadadır. Ölənlər arasında özbəklər də var. TASS-ın məlumatına görə, yanğına səbəb qızdırıcının nasazlığı olub.

İstintaq zamanı 24 yaşlı Özbəkistan vətəndaşı saxlanılaraq dindirilmək üçün istintaq orqanlarına aparılıb. Bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsinin istintaq idarəsindən məlumat verilib. Özbəkistan vətəndaşı yanğın nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olmaqda şübhəli bilinir. Bu maddə üzrə maksimum cəza dörd ilə qədər həbsdir.

İstintaqın məlumatına görə, həmin şəxs kirayənşindir. Müqavilə bağlayarkən o, evi özü üçün kirayəyə götürdüyünü, lakin sonradan miqrantlara verdiyini bildirib.

Mənbə: yenisabah.az