Azərbaycanda DİN-in əməkdaşı özünü güllələdi

Azərbaycanda DİN-in əməkdaşı özünü güllələdi

Siyəzənin Böyük Həmyə kənd sakini, 45 yaşlı İftixar Ədalət oğlu Mayılov səhər saatlarında özünü ov tüfəngi ilə vuraraq öldürüb.

Onun DİN-in Regional Mühafizə Xidmətinin əməkdaşı olduğu deyilir.

Siyəzən İH başçısının Böyük Həmyə İƏD üzrə nümayəndəsi Rahib Məmmədov faktı təsdiqləyib.

Ölüm faktını Siyəzən rayon prokurorluğu araşdırır.

Aytəkin Alxaslı

Mənbə: bizim.media