Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edildi

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edildi

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Qadın məhbusların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsindən dörd nəfər azadlığa buraxılıb.

Xatırladaq ki, əfv sərəncamı ümumilikdə 154 nəfərə şamil edilib.

Mənbə: publika.az