Xarkovda hipermarketə raket hücumu: Ölənlərin sayı 12-yə çatdı

Xarkovda hipermarketə raket hücumu:

Ukraynanın Xarkov şəhərindəki “Epitsentr” hipermarketə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Bu barədə Xarkov Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ölən 10 nəfərin şəxsiyyəti hələ də müəyyən edilməyib, 43 nəfər yaralanıb.

Xatırladaq ki, mayın 25-də Rusiya qoşunları tərəfindən Xarkova zərbələr endirilib, şəhərdə partlayışlar baş verib, raketlərdən biri “Epitsentr”ə düşüb.

Mənbə: bizim.media