Rusiyanın İrəvandakı səfirliyi baş verən daşqınlardan sonra Ermənistan XİN-ə müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Bildirilib ki, Rusiya səfirliyi yardım təklif edib, eyni zamanda həlak olanlar arasında Rusiya vətəndaşlarının olub-olmadığını aydınlaşdırmaq istəyib.
Qeyd edək ki, Ermənistanda baş verən daşqınlar nəticəsində ən azı 2 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir.
Xatırladaq ki, Rusiya məsləhətləşmələr üçün Ermənistandakı səfiri Sergey Kopırkini geri çağırıb.
Mənbə: axar.az