Türkiyədə DƏHŞƏTLİ QƏZA: 11 nəfər öldü, çox sayda yaralı var

Türkiyədə DƏHŞƏTLİ QƏZA: 11 nəfər öldü, çox sayda yaralı var

Mersində Tarsus-Adana-Qaziantep (TAG) şossesində zəncirvari yol qəzası baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Haberler" məlumat yayıb.

İlkin məlumata görə, TAG şossesinin Yenice ərazisində şəhərlərarası sərnişin avtobusları, yük maşınları və minik avtomobilləri daxil olmaqla çox sayda nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada 11 nəfər ölüb, 30 nəfəri yaralanıb.

Mənbə: publika.az