Kobaxidze: “Arzumuz abxaz və osetin qardaş və bacılarımızla birlikdə vahid Gürcüstanda yaşamaqdır”

Kobaxidze: “Arzumuz abxaz və osetin qardaş və bacılarımızla birlikdə vahid Gürcüstanda yaşamaqdır”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Müstəqillik Günü münasibətilə çıxışı zamanı Abxaziya və Cənubi Osetiyanı ölkənin tərkibinə qaytarmaq istədiyini açıqlayıb.

APA xəbər verir ki, hökümət başçısı bu barədə “X” hesabında paylaşım edib.

Bizim gürcü arzumuz 2030-cu ilə qədər abxaz və osetin qardaş və bacılarımızla birlikdə vahid və güclü Gürcüstanda yaşamaqdır. Vahid və güclü Gürcüstan 2030-cu ildə Avropa ailəsinin tamhüquqlu üzvü olmalıdır!

Mənbə: apa.az