Ermənistanlı hərbçi Ararat Aramoviç Aroyan qeyri-müəyyən şəraitdə ölüb.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, həkimlərinin səyinə baxmayaraq, hərbçinin həyatını xilas etmək mümkün olmayıb.
Mənbə: apa.az