Tanınmış hərbi ekspert vəfat etdi

Tanınmış hərbi ekspert vəfat etdi

Tanınmış hərbi ekspert Alparslan İmamqulu vəfat edib.

Mərhum mədə xərçəngindən əziyyət çəkirdi.

Alparslan İmamqulu “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, ehtiyatda olan polkovnik-leytenant idi.

Hərbi ekspert həm də "M5 Müdafiə və Strategiya jurnalı"nın regional təmsilçisi olub.

Qeyd edək ki, əvvəlki ad-soyadı Ruslan İmamquliyev olan ekspert bir neçə il öncə adındakı “rus” hərf birləşməsinə görə adını dəyişdirmişdi.

Mənbə: axar.az