Ermənistanın paytaxtı İrəvanda etirazlar davam edir.
"Sputnik Armenia"ya istinadən xəbər verilir ki, aksiyalar zamanı saxlanılanlardan biri Ermənistan parlamentinin deputatı olub.
Onu Hanrapetutyan küçəsindən uzaqlaşdırmağa çalışan təhlükəsizlik qüvvələri deputat Aşot Simonyanı qısa müddətə saxlayıb.
Qeyd edək ki, indiyə kimi 196 etirazçı saxlanılıb.
Mənbə: modern.az