Abşeronda yol-nəqliyyat hadisəsində xəsarət alan olub

Abşeronda yol-nəqliyyat hadisəsində xəsarət alan olub

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1961-ci il təvəllüdlü Zəhra Aslan qızı Məmmədova xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: oxu.az