Pozuntulara yol verən vəkillər cəzalandırıldı

Pozuntulara yol verən vəkillər cəzalandırıldı

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.

Anar Bağırovun sədrliyi ilə baş tutan iclasda bir neçə vəkilin intizam pozuntusuna yol verdiyi elan edilib.

Bu səbəbdən 1 vəkilin fəaliyyəti 1 il, digərininki isə 6 ay dayandırılıb.

Həmçinin 1 vəkilə töhmət verilib, 1 vəkilə irad tutulması barədə intizam tənbehləri tətbiq edilib. 3 vəkilə isə xəbərdarlıq olunub.

Mənbə: qafqazinfo.az