Rusiyada Ermənistan vətəndaşı 8 yaşlı qıza qarşı zorakılıq etdi - FOTO

Rusiyada Ermənistan vətəndaşı 8 yaşlı qıza qarşı zorakılıq etdi -

Rusiyanın Kareliya bölgəsində ingilis dili müəllimi səkkiz yaşlı qıza cinsi təcavüz etdiyi üçün həbs edilib.

Müəllim qıza Sortavaladakı “Study Space” xarici dil məktəbinin binasında sataşıb.

Qız evdə müəllimin qəribə davranışından şikayətlənib. Valideynlər polisə qızlarının zorakılığa məruz qaldığını bildiriblər.
Müəllim saxlanılaraq istintaq təcridxanasına göndərilib. Bu, 40 yaşlı Ermənistan vətəndaşıdır.

Faktla bağlı “Seksual xarakterli zorakılıq hərəkətləri” maddəsi ilə cinayət işi açılıb.


Mənbə: bizim.media