SON DƏQİQƏ: Daha bir ölkə rəsmilərinin olduğu təyyarə radardan itib - FOTO

SON DƏQİQƏ: Daha bir ölkə rəsmilərinin olduğu təyyarə radardan itib -

Malavinin vitse-prezidenti Saulos Çilim və daha 9 nəfərin olduğu təyyarə radar ekranlarından itib.

Bu barədə BBC Malavi prezidentinin ofisinə istinadən məlumat yayıb.

Məlumata görə, Malavi Müdafiə Qüvvələrinə məxsus təyyarə paytaxt Lilonqveni tərk etdikdən sonra radarlardan itib.
Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi və digər rəsmilərin olduğu helikopter qəza nəticəsində tamamilə yanıb, göyərtəsində olan bütün sərnişinlər isə həlak olub.

Mənbə: bizim.media