44 gündür itkin düşüb - Polis hələ də axtarır

44 gündür itkin düşüb - Polis hələ də axtarır

Sumqayıt şəhərində kişi 44 gündür itkin düşüb.

Bu barədə Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsi məlumat yayıb.

Aprelin 30-da Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev Yaşıldərə yaşayış massivində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

O evdən çıxarkən əynində qara idman şalvarı,qara köynək və ayağında qara rəngdə idman ayaqqabısı olub.

İtən şəxsin axtarışları davam etdirilir.

Mənbə: yenisabah.az