Bakıda yaşayış binasında lift qırıldı - Xəsarət alanlar var+Yenilənib

Bakıda yaşayış binasında lift qırıldı -

“Həsi Aslanov” metrostansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində liftin qırıldığı bildirilir.

Bu barədə sakinlər məlumat verib.

Məlumata görə, hadisə zamanı xəsarət alanlar olub.

Qeyd edək ki, əraziyə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları cəlb olunub.

***

FHN-nin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, hadisə ilə bağlı “112” qaynar xəttinə müraciət daxil olub.

Xilasedicilər dərhal əraziyə göndəriliblər.

Lakin, xilasedicilər hadisə yerinə çatmamış onların köməyinə ehtiyac olmadığı barədə yenidən müraciət daxil olub.

Mənbə: qafqazinfo.az