Ermənistanda "Daşnaksütyun" partiyasının müxtəlif ofislərində axtarışlar aparılıb.
Məlumata görə, partiya rəhbərliyinin Vayots Dzordakı nümayəndələri saxlanılıblar.
Bildirilir ki, "Daşnaksütyun" nümayəndələri arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən naminə Tavuş" etiraz aksiyasında fəal iştirak edirlər. Lakin onların bu tədbirlərə digər vətəndaşları rüşvət müqabilində cəlb etməsi iddia olunur.
Bu iddialar əsasında istintaq orqanları "Daşnaksütyun"a qarşı cinayət işi açıb və axtarışlar aparıb.
Mənbə: Erməni KİV
Mənbə: oxu.az