Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-21012 " ilə "Opel" markalı minik maşınları toqquşub.
Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az