Bakıda sərnişin hərəkətdə olan avtomobildən yıxıldı

Bakıda sərnişin hərəkətdə olan avtomobildən yıxıldı

Bakının Suraxanı rayonunda 18 yaşlı gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aeroport yolunda avtomobil hərəkətdə olarkən, sərnişin 2006-cı il təvəllüdlü Cəmilə Tofiq qızı Qasımova ehtiyatsızlıqdan yerə yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: oxu.az