Yevlaxda avtomobillər toqquşub, 8 nəfər xəsarət alıb

Yevlaxda avtomobillər toqquşub, 8 nəfər xəsarət alıb

Yevlaxda iki avtomobilin toqquşması nəticəsində uşaqlar da daxil olmaqla 8 nəfər xəsarət alıb.

Xəsarət almış üç uşaq, üç qadın və iki kişi Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Bir nəfər ağız nahiyyəsindən ağır xəsarət aldığından əməliyyata götürülüb, digərlərinin vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az