Goranboyda tövlə və 4 otaqlı evdə yanğın olub

Goranboyda tövlə və 4 otaqlı evdə yanğın olub

Goranboy rayonunun Əhmədabad kəndində ümumi sahəsi 48 m² olan tövlənin yanar konstruksiyaları, həyətyanı sahəyə yığılan 6 ton ot bağlamasının 3 tonu və yaxınlıqda ümumi sahəsi 62 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb.

Bu barədə FHN-dən bildirilib.

Məlumata görə, evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: bizim.media