Türkiyədə meşə yanğını: Qurumlar səfərbər oldu

Türkiyədə meşə yanğını: Qurumlar səfərbər oldu

Türkiyənin Aydın vilayətinin Çine ilçəsində əkin sahəsində başlayan yanğın meşəyə keçib.

Əraziyə yanğınsöndürmə qrupları cəlb edilib.

Aydın valisi Yakup Canbolat qısa zamanda yanğının lokallaşdırılacağını bildirib.

O, həmçinin 6 helikopter, 8 təyyarə, 24 yanğınsöndürən maşın, 10 su çəni, müxtəlif texnikaların, həmçinin 185 nəfərin yanğının söndürülməsinə cəlb olunduğu bildirib.

Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmır.

Mənbə: axar.az