Abşeronda ikimərtəbəli evdə yanğın oldu - VİDEO

Abşeronda ikimərtəbəli evdə yanğın oldu -

Abşeron rayonunun Hökməli qəsəbəsində ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 32 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yüksək temperaturdan mətbəxin və hamam otağının lambirdən ibarət tavanı 15 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: publika.az