Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Rusiyanın Yəhudi Muxtar Bölgəsində (JAO) 4,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsi məlumat yayıb.

Seysmoloqların məlumatına görə, təbii fəlakətin episentri Birobidjan şəhərindən 40 km cənub-qərbdə, 11 km dərinlikdə yerləşib.

Yəhudi Muxtar Vilayətində yerləşən Kuldur şəhər kəndinin sakinləri 3-4 bal gücündə yeraltı təkanlar hiss ediblər. Təkanlar Xabarovskda da qeydə alınıb. Orada təkanların gücü iki bal olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Hüseyn İbadlı

Mənbə: publika.az