Sabirabadda YANĞIN: İribuynuzlu heyvanlar tələf oldu – FOTO/VİDEO

Sabirabadda YANĞIN: İribuynuzlu heyvanlar tələf oldu –

Sabirabad rayonu ərazisində yanğın baş verib. Yanğın zamanı iribuynuzlu heyvanlar tələf olub, tövlə və ot bağlamaları yararsız hala düşüb.

Hadisə günorta saatlarında Sabirabad rayonunun Xankeçən kənd sakini Fəranə Hacıyevaya məxsus təsərrüfatda qeydə alınıb.

Yanğın nəticəsində sahəsi 30 kvadratmetr olan tövlə, 2 baş iribuynuzlu heyvan və 500 ədəd ot bağlaması yanıb.
Hadisə yerinə FHN-in yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub. Alov söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: bizim.media