Ermənistanda partlayış: Yaralı var

Ermənistanda partlayış:

Bu gün Kotayk rayonunun Ağveran qəsəbəsindəki “Ararat Resort” otel kompleksinin keçid məntəqəsində partlayış baş verib.

Bu barədə erməni mətbuatı yazıb.

Mənbə qeyd edir ki, səbəbi açıqlanmayan hadisə saat 07:30 radələrində baş verib.

Partlayış nəticəsində bir nəfər İrəvandakı Milli Yanıqlar və Dermatologiya Mərkəzinə yerləşdirilib.
Hadisə yerinə Çarentsavan Yanğından Mühafizə Hissəsinin 1 nəfər döyüş heyəti gəlib.

Partlayış nəticəsində şüşələr qırılıb. Məlumata görə, xəstəxanaya yerləşdirilən şəxs otel kompleksində çalışan təhlükəsizlik xidməti işçisidir.

Mənbə: bizim.media