Cəbrayılda partlayış zamanı yaralananların son durumu açıqlandı

Cəbrayılda partlayış zamanı yaralananların son durumu açıqlandı

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 2024-cü il iyunun 21-də sursat partlayışı hadisəsində yaralanan şəxslərin son durumu açıqlanıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən və müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən üç nəfəri ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, 2024-cü il iyunun 21-də Cəbrayıl rayonu ərazisində ANAMA tərəfindən icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində agentliyin əməkdaşı, 1980-ci il təvəllüdlü Raqif Deputat oğlu İsayev həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilmişdilər.

Mənbə: yenisabah.az