143 milyonluq yeyintidə ilk hökm - Ağır cəza verildi

143 milyonluq yeyintidə ilk hökm -

143 milyonluq mənimsəməyə görə həbs edilən zabitlərdən biri-Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin sabiq maliyyə-xidmət rəisi Sadiq Hacıyevin məhkəmə araşdırması başa çatıb.

Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən S.Hacıyev xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb. S. Hacıyev dövlətə dəymiş 9 milyonluq ziyanı ödəmədiyi üçün həbs edilib.

Sail Ağasəlim

Mənbə: qafqazinfo.az