İnstitutda güclü yanğın: binada olan hər kəs öldü - Video + YENİLƏNİB

İnstitutda güclü yanğın: binada olan hər kəs öldü -

Platan Elmi-Tədqiqat İnstitutunda baş verən yanğın zamanı binada olan 9 nəfər həlak olub.

7-ci mərtəbədə sıxışıb qalan 2 nəfər özünü pəncərədən atıb.

7 nəfər tüstüdən boğularaq ölüb.

Yanğın sürətlə yayılaraq bütün binanı əhatə etdiyi üçün onlardan heç birini xilas etmək mümkün olmayıb.

Hazırda 2 helikopter yanğını söndürməyə çalışır.

***

Platan Elmi-Tədqiqat İnstitutunda baş verən yanğında 2 nəfər həlak olub.

Bu barədə Rusiya mediasına xilasetmə xidmətindən bildirilib.

Məlumata görə, onlar binanın pəncərələrindən özlərini atıblar.

Hazırda yanan binada 7 nəfər var.

Yanğınla mübarizəyə 100 nəfər cəlb olunub. Hadisə yerinə yanğınsöndürən helikopter göndərilib.

***

Moskva vilayətinin Fryazino şəhərində Platan Elmi-Tədqiqat İnstitutunda yanğın baş verib.

Yanğının baş verdiyi binada 9 nəfərin olduğu bildirilir. Bir nəfər isə təxliyə edilib. Onun yanğın pilləkənləri vasitəsilə binadan çıxarıldığı deyilir.

Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmayıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Mənbə: publika.az