Şimali Koreya Cənubi Koreyaya növbəti dəfə zibil dolu 350 hava şarı göndərib.
Bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Məlumata görə, hava şarlarının 100-ə yaxını Seul və Kyongido əyalətinin şimalına düşüb. Mütəxəssislər bildiriblər ki, zibil dolu şarlarda zəhərli maddələr olmayıb.
Qeyd edək ki, Şimali Koreyadan cənuba zibil dolu hava şarları mayın 28-dən göndərilməyə başlanılıb. İndiyə kimi 2 minə yaxın belə şar buraxlıb.
Mənbə: axar.az